Yefremov Elman Paşayevi onunla əvəzlədi

Yefremov Elman Paşayevi onunla əvəzlədibackend

Moskvada ölümlə nəticələnən yol qəzası hadisəsi ilə bağlı gedən məhkəmə prosesində daha əvvəl azərbaycanlı vəkil Elman Paşayevin müdafiə etdiyi aktyor Mixail Yefremovun yeni vəkili Roman Filippov olub.

Busaat.az Rusiya mətbuatına  istinadən xəbər verir ki, Filippov hökmdən verilən apellyasiya şikayətinə baxılarkən sənətkarın maraqlarını müdafiə edəcək.

Qəzetin yazdığına görə, o, 2014-cü ildə vəkillik statusu alıb və o vaxtdan etibarən mülki və cinayət hüququ üzrə ixtisaslaşıb.

Bundan əvvəl Moskvadakı insan hüquqları üzrə hüquqşünas Tatyana Potyaeva Yefremovu ziyarət etdikdən sonra aktyorun istintaq təcridxanasında yeni vəkillərlə görüşdüyünü açıqlayıb.

Qeyd edək ki, 14 sentyabrda sənətçinin vəkil Elman Paşayevlə iş birliyinin sonlandırıldığı bildirilib. Sənətçi 8 il həbs cəzası aldıqdan sonra müdafiəçi ilə işinə davam etmək istəmədiyini deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90