Yeni tədris ili sentyabrın 16-sı başlayacaq.
Bu barədə Busaat.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Məlumata görə, sentyabrın 15-i bazar gününə düşdüyündən dərslərin başlaması bazar ertəsinə ertlənib.
Qeyd edək ki, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır.
Belə ki, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:
Birinci yarımil: 15 sentyabr – 26 yanvar; ikinci yarımil: 1 fevral – 14 iyun.
Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:
Qış tətili 27-31 yanvar, məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil 1-5 may tarixlərindədir.
Onu da bildirək ki, Nazirlər Kabinetinin “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarına əsasən ümumi təhsil pilləsi üzrə – 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq. Əvvəl bu müddət 16-20 noyabr idi.