
“Yeni Malatyaspor”un qapıçısı dağıntılar altında həyatını itirdi
Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalan “Yeni Malatyaspor” klubunun qapıçısı Ahmet Eyüp Türkaslan həyatını itirib.
Busaat.az xəbər verir ki, bu barədə klubun keçmiş prezidenti Adil Gevrek məlumat verib.
O bildirib ki, Ahmet Eyüp Türkaslanın həyat yoldaşı dağıntılar altından sağ çıxarılsa da, futbolçu üçün bu mümkün olmayıb.
Uzun axtarışlardan sonra onun cansı bədəni dağıntılar arasında tapılıb.























