“Yeni mütəxəssislərin gəlişi ilə hədəf və ambisiyalar böyüyüb” – Əhməd İsmayılov

image-163340_sh778skwv7backend

Azərbaycan Yelkənli İdman Federasiyasının adı dəyişdirilib.

Busaat.az “report”a istinadən xəbər verir ki, bu barədə federasiyanın Ümumi Yığıncaq üzvü, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, qurum bundan sonra Azərbaycan Yelkən Federasiyası adlandırılacaq.

Qeyd edək ki, Qüdrət Qurbanov yenidən federasiyanın prezidenti seçilib.

O, keçirilən mətbuat konfransında deyib ki, Bakı buxtasında yelkənli idman üzrə beynəlxalq yarışlar keçirilə bilər.

Ə.İsmayılov yeni əcnəbi mütəxəssislərin gəlişi ilə hədəf və ambisiyaların böyüdüyünü bildirib: “Klublarımızda rəqabətin artırılması ilə yeni idmançıları heyətə cəlb edəcəyik. Təhsil Nazirliyinin də dəstəyi ilə məktəblilərin bu növə marağını artırmaq istəyirik. Rəqabət nəticəsində gələcək beynəlxalq yarışlarda yüksək nəticələr göstərəcəyik”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90