
Yevlaxda ev yandı
Yevlax şəhərinin Kövər kəndində ümumi sahəsi 120 m² olan kürsülü, bir mərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Bu barədə Busaat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




















