Bu gün Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda ilk matçını keçirəcək.
Busaat.az xəbər verir ki, A qrupunda mübarizə aparan komanda əvvəlcə Madaqaskar millisi ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə 19:05-də start götürəcək.
Yığma növbəti görüşünü Niderlanda qarşı keçirəcək. Bu matç isə 22:20-də başlayacaq.
Qeyd edək ki, Dünya Kuboku iyunun 7-də yekunlaşacaq.









