Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 088 $▼1.66%
  • Ethereum1 902 $▼1.33%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Yunanıstan parlamentində dinləmə skandalı müzakirə edilib

image-1450789940698833034_1000x669
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yunanıstan Parlamentinin Qurumlar və Şəffaflıq Komitəsi telefon dinləmələri qalmaqalına görə istefa verən Baş nazirin sözcüsü Qriqoris Dimitriadisi dinləmək üçün toplanıb.

Busaat.az xəbər verir ki, bu barədə Kathimerini qəzeti məlumat yayıb.

Məlumata görə, Dimitriadis parlamentdəki müxalifət partiyalarının birgə tələbi ilə toplanan komitənin suallarını cavablandırıb.

Komitənin adlarının qalmaqala qarışdığını əsas gətirərək dinləməyə dəvət etdiyi iş adamları Feliks Bicyos, Yannis Lavranos və Tal Dilian müxtəlif səbəblərdən dəvətə müsbət cavab verməyib və iclasa gəlməyib.

Müxalifət isə, sözügedən iş adamlarının ifadələrini almaq üçün yenidən çağırılmasını tələb edib.

Dimitriadis iddiada adı çəkilən iş adamları ilə heç bir işgüzar görüşünün olmadığını və heç bir dövlət qurumunun casus proqramları satın almadığını müdafiə edib.

Ana müxalifət partiyası olan Radikal Sol Alyansın (SYRIZA) lideri Aleksis Tsipras Baş nazir Kiryakos Mitsotakisdən parlamentə gələrək iddialara cavab verməsini istəyib.

Yunanlı jurnalist Thanasis Kukakisin bu ilin aprel ayında cib telefonunda casus proqramı təsbit edilməsinin ardından gündəmə gələn dinləmə skandalı çərçivəsində Yunanıstan mətbuatında yer alan iddialarda siyasət, media və iş dünyasından bir neçə insanın “Predator” adlı casus proqramı ilə dinlənildiyi iddia edilib. Bəzi qəzetlər qalmaqala görə Baş nazir Kiryakos Mitsotakisi günahlandırsa da, hökumət telefon dinləmələri ilə hökumətin heç bir əlaqəsi olmadığını müdafiə edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92251