Yunanıstanda miqrant uşaqlara bıçaqlı hücum

Yunanıstanda miqrant uşaqlara bıçaqlı hücumbackend

İrqçi qruplar Yunanıstanın Oreokastro bölgəsində qurulan qaçqın düşərgəsinə hücum olunub. Busaat.az xəbər verir ki, kütlə əllərində bıçaq, dəmir barmaqlıqlar və çubuqlarla Kilsənin himayəsi altında olan məkanın qarşısında toplaşıb, irqçi şüarlar səsləndirib.

Onlar daha sonra düşərgənin uşaqlar yaşayan hissəsinə hücum ediblər, lakin bunun qarşısı mühafizəçilər tərəfindən alınıb.

Mövzu barədə düşərgənin vəkili Thodoris Karayannis məlumat yayıb. O, hadisə ilə əlaqədar bölgə prokurorluğunda cinayət açıldığını qeyd edib: “Planlı şəkildə nifrət, təbliğat yayan və 12-15 yaş arası uşaqlara şiddət tətbiq etməkdən çəkinməyən insanlardan azyaşlıları qorumalıyıq”.

Qeyd edək ki, sözügedən düşərgədə Suriyadan qaçan əhali yerləşdirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90