Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 732 $▲0.97%
  • Ethereum1 811 $▲2.41%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Hərbi

Zakir Həsənov NATO rəsmisi ilə görüşdü - Foto

image-mn_copy
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Martın 9-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz ilə görüşüb.

Bu barədə Busaat.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

General-polkovnik Z.Həsənov Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların yaxınlarının dərdlərinə şərik olduğunu qeyd edib, ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralılara şəfa diləyib. Türkiyənin acısı bizim də acımızdır deyən nazir Azərbaycanın hər zaman qardaş ölkənin yanında olduğunu xüsusi vurğulayıb.

NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışan müdafiə naziri qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
General-leytenant Mustafa Oğuz öz növbəsində zəlzələdən sonra göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularına rəhmət diləyib və onların ailələrinə dərin hüznlə başsağlığı verib.

Daha sonra Azərbaycan ilə əməkdaşlığın cari vəziyyətindən danışan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi bu sahədə əldə edilən müsbət nəticələrdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan-NATO hərbi əməkdaşlığının Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub. Sonda ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103326