Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.02 $▲0.33%
  • WTI neft88.64 $▲0.28%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.287 $▼1.73%
  • Qızıl3 903 $▼0.40%
  • Gümüş50.00 $▼0.51%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda594.50 ¢▲0.63%
  • Bitcoin68 680 $▼3.77%
  • Ethereum1 935 $▼4.10%
  • S&P 5007 592▼0.33%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Hərbi

Zakir Həsənov pakistanlı admiralla görüşdü - Fotolar

image-mycollages_-_2022-12-01t170442-100
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dekabrın 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazi ilə görüşüb.

Bu barədə Busaat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə pakistanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu, Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Pakistan müdafiə nazirinin salamlarını çatdıran admiral M.A.X.Niazi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Sonda ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 




MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92538