Zakir Həsənov Qazaxıstana getdi

image-zakirbackend

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfər edib.

Busaat.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki