Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
9°Bakı
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
Hərbi

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə hərbi əməkdaşlığın inkişafını müzakirə edib

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə hərbi əməkdaşlığın inkişafını müzakirə edib
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Türkiyədə işgüzar səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Eskişehirdə 1-ci Aviasiya bazasının komandiri general-mayor Ertan Uzun ilə görüşüb. Bu barədə Busaat.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Qarşılıqlı hədiyyələr təqdim edildikdən sonra birgə xatirə şəkli çəkdirilib. Daha sonra general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə birgə 2023-2024-cü uçuş təlim ilinin açılış mərasimində iştirak edib. Uçuş əmri verildikdən sonra qonaqlar qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər. Sonra general-polkovnik Z.Həsənov Ankaraya gəlib. Burada Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb. Görüşdə iki qardaş ölkənin orduları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri Ankarada keçirilən "Texnofest" Aerokosmik və Texnologiya festivalında iştirak ediblər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb. "Texnofest" Aerokosmik və Texnologiya festivalı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=57052