Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi MAQATE İdarə Heyətinə hesabat təqdim edib.
Busaat.az xəbər verir ki, onun çıxışı Ukraynada yerləşən atom elektrik stansiyalarındakı vəziyyətə həsr olunub.
Qrossi qeyd edib ki, Zaporojya AES-də nüvə təhlükəsizliyinin “yeddi dayağı” adlandırılan bütün yeddi fundamental prinsip pozulub.
MAQATE-nin təftişi Ukraynanın nəzarətində qalan dörd atom elektrik stansiyasında maneəsiz şəkildə işləyir.
Məlumata görə, ehtiyat hissələrinin tədarükündə fasilələr olsa da, orada vəziyyət daha az narahatlıq doğurur.
Elgün Nəcəfov,
Busaat.az