Zaxarova: “ABŞ səfirliyi Ermənistanın beynini yuyur”

image-mariya-zaxarovabackend

“ABŞ səfirliyinin iki min əməkdaşı Ermənistanın beynini yumaqla məşğuldur”.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Ermənistanda media məkanını yenidən formalaşdırmaq üçün böyük resurslardan istifadə edilib. İki min nəfər – Amerika Birləşmiş Ştatlarının səfirliyinin əməkdaşları Ermənistanda informasiya məkanının formatlaşdırılması ilə məşğuldurlar”, – deyə o söyləyib.

Zaxarova vurğulayıb ki, bu fəaliyyət Rusiya və bütün dünyaya kifayət qədər aydındır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki