
Zaxarova Lavrovun səhhətinin pisləşməsi xəbərlərini yalanlayıb
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun G20 zirvəsi üçün getdiyi İndoneziyanın Bali adasında xəstəxanaya yerləşdirildiyi iddiası doğru deyil.
Busaat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Lavrovun xəstəxanaya yerləşdirilməsi xəbərinin yalan olduğunu bəyan edib.
Nazirliyin sözçüsü Mariya Zaxarova və Bali qubernatoru Lavrovun səhhətinin yaxşı olduğunu, yoxlanış üçün xəstəxanaya getdiyini və hazırda xəstəxanadan çıxdığını açıqlayıb.
Qeyd edək ki, Associated Press-in İndoneziya rəsmilərinə istinad etdiyi xəbərdə Lavrovun G20 sammiti üçün getdiyi Bali adasında xəstəxanaya yerləşdirildiyi və ürəyində yaranan problemlərdən müalicə olunduğu bildirilib.
Lavrov G20 sammitində Rusiya prezidenti Vladimir Putini təmsil etmək üçün Balidə səfərdədir.
Busaat.az























