Zəfər seçkisi

image-768c3f439282b59b661c674bb73973c51707328298-photobackend

Dövlət başçısı tərəfindən ölkəmizdə növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında imzalanan digər bir Sərəncam da müvafiq istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələrin qətiyyətlə və uğurla yerinə yetiriləcəyinin siqnalı sayıla bilərdi.

Bu mənada, ilk dəfə ölkənin bütün suveren ərazisində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi həm regionda, həm də ölkəmizdə yeni reallıqların yaranması deməkdir. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri bu reallıqların təsbitidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Fevralın 11-i Mərkəzi Seçki Komissiyası “2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında” Qərar qəbul etmişdir. Fevralın 13-ü Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etmişdir.

Prezident seçkilərində seçici fəallığı – 76,43 faiz olmuşdur. Əliyev İlham Heydər oğlunun lehinə verilmiş səslərin sayı – 4 milyon 567 min 458-dir. Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlunun Azərbaycan Respublikasının Prezidenti seçildiyini elan etmişdir. Azərbaycan Ümid Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Ağ Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Azad Vətən Partiyası Prezident seçkilərində İlham Əliyevi dəstəklədiyini bildirmişdir.

Seçkilərdə namizəd olmuş Qüdrət Həsənquliyev, Fazil Mustafa, Zahid Oruc, Elşad Musayev, Razi Nurullayev və Fuad Əliyev bəyanat yayaraq, həmçinin seçkilərdə qalib gəlmiş Prezident İlham Əliyevi təbrik etmişlər. Şəffaf, azad, demokratik şəraitdə keçirilən Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Bu gün o, xalqın mütləq əksəriyyətinin etimad göstərdiyi lider kimi ölkəmizi müstəqil, inkişaf etmiş və ərazi bütövlüyü təmin edilmiş dövlət olaraq bütün dünyada təmsil etməkdədir. Azərbaycan xalqı bu seçimi ilə inkişafa, tərəqqiyə, təhlükəsizliyə və xoşbəxt gələcəyə səs verdi. Və bu seçki tarixdə “Zəfər seçkisi” olaraq yaddaşlarda qaldı.

Mayıllı Nəzrin
Bakı Qızlar Universitetinin tələbəsi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki