Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 218 $▼1.47%
  • Ethereum1 908 $▼1.00%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Zelenski: "Bu gün tarixi gündür, biz Xersona qayıdırıq"

image-zelenski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Ukrayna prezidenti Volodimir Zelenski rus ordusunun geri çəkildiyi Xerson şəhərinə ukraynalı əsgərlərin daxil olması ilə bağlı açıqlama verib: “Bu gün tarixi bir gündür, biz Xersona qayıdırıq”.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti rəsmi Telegram hesabında video paylaşıb.

“Bu gün tarixi bir gündür. Biz ölkəmizin cənubuna, Xersona qayıdırıq. Hazırda müdafiəçilərimiz şəhərə yaxınlaşır, artıq vaxtdır və biz daxil olmağa başlayırıq. Amma xüsusi təyinatlılar artıq şəhərdədir. Xerson əhalisi bizi gözləyirdi. Onlar heç vaxt Ukraynadan əl çəkməyiblər və şəhər düşmən işğalından tamamilə azad olmamışdan əvvəl də Xerson əhalisi küçələrdən və evlərdən rus simvollarını və işğalçıların Xersonda mövcudluğunun izlərini silib” –deyə, Zelenski Ukrayna ordusunun Xerson vilayətində təhlükəsizliyi təmin etmək üçün lazımi işlər görəcəyini bəyan edərək bölgədə qalan rus əsgərlərini təslim olmağa çağırıb.

Zelenski çıxışını belə davam etdirib: “Alınan ilk pilotsuz dəniz gəmisi “Xerson” adlanırdı. Bu tamamilə məntiqlidir. İkinci gəminin adını “Sevastapol” qoyacağıq. Bütün bunlarla hesab edirəm ki, Krımımızın azad olunma vaxtı yaxınlaşır”.

Qeyd edək ki, gecə saatlarında Ukraynanın Odessa şəhərində Milli Akademik Opera və Balet Teatrının qarşısına toplaşan bir qrup əhali Ukrayna xüsusi təyinatlılarının Rusiya qüvvələrinin geri çəkildiyi Xersona daxil olmasını böyük coşqu ilə qeyd edib. Uşaqların da olduğu və əllərində Ukrayna bayraqları olan mülki şəxslər Ukrayna himnini oxuyub.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90463