Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 005 $▼1.79%
  • Ethereum1 896 $▼1.61%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Zelenski G20-yə “Ukrayna sülh formulu”nu təqdim edib: Müddəalar nədir?

image-zelenski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna prezidenti Volodimir Zelenski İndoneziyanın Bali adasında keçirilən G20 Sammitinə “Ukrayna sülh formulu”nu təqdim edərək, Rusiya tərəfindən müharibəni dayandırmağın zəruri və mümkün olduğuna əmin olduğunu bildirib.

Busaat.az xəbər verir ki, Zelenski İndoneziyanın Nusa Dua şəhərində keçirilən G20 Liderlərinin 17-ci Sammitində videokonfrans ilə iştirak edib.

” Rusiya bu müharibəni bitirmək istədiyini deyirsə, bunu əməlləri ilə sübut etməlidir. Ukraynadan vicdan, suverenlik, ərazi və müstəqilliklə bağlı güzəşt gözləməyin. Biz qaydalara hörmət edirik və sözümüzün arxasındayıq. Ukrayna sülhməramlı səylərdə həmişə lider olub və dünya bunu görüb. Aydındır ki, Rusiyanın sözlərə etibar etmək olmaz” – deyə, Zelenski qeyd edib.

 

Ukraynanın 10 təklifdən ibarət “sülh formulu”

Müharibənin ədalətli və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi və beynəlxalq hüquq əsasında başa çatmasını istədiyini bildirən Zelenski G20-yə qatılan liderlərə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 10 təklifdən ibarət “sülh formulu” təqdim edib.

Zelenski öz təklifində radiasiya və nüvə təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi, bütün məhbusların və deportasiya edilənlərin azad edilməsi, BMT Nizamnaməsinin həyata keçirilməsi, ərazi bütövlüyünün və dünya nizamının təmin edilməsi, Rusiya qoşunlarının ölkədən çıxarılması, işğala son qoyulmasını, gərginliyin qarşısının alınması və müharibənin başa çatdığını təsdiq edən sənədin imzalanmasını təklif edib.

Zirvə görüşündə liderlərə müraciət edən Zelenski bir neçə dəfə G20-ni “G19” adlandırıb və Rusiyanın qurumdan xaric edilməli olduğuna işarə edib.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90750