
Zelenski taxıl böhranı ilə bağlı bəyanat yayıb
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Qara dəniz taxıl sazişini dayandırmasına baxmayaraq, Türkiyə və BMT-nin dəstəyi ilə Ukraynadan taxıl daşınmasının davam etdiyini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Voldimir Zelenski Telegram hesabında video paylaşaraq ölkəsində Rusiyaya qarşı davam edən müharibə ilə bağlı qiymətləndirmələr edib.
Fransa prezidenti Emmanuel Makronla telefon danışığı apardığını qeyd edən Zelenski, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsinini müzakirə etdiklərini bildirib.
Rusiyanın Qara dəniz taxıl dəhlizi razılaşmasını dayandırmasına baxmayaraq, Türkiyə və BMT-nin dəstəyi ilə Ukraynadan taxıl daşınmasının davam etdiyini deyən Zelenski, Ukraynanın kənd təsərrüfatı məhsullarını daşıyan gəmilərin bu günlərdə hərəkətinin davam etdiyini qeyd edib.
Zelenski vurğulayıb: “Taxıl dəhlizininin etibarlı və uzunmüddətli mühafizəyə ehtiyacı var. Rusiya açıq şəkildə bilməlidir ki, bizim ərzaq ixracımızı pozan istənilən addım dünyanın sərt reaksiyasını alacaq.nBu, sözün əsl mənasında on milyonlarla insanın həyat məsələsidir”.
Ukrayna ordusunun Rusiya qüvvələrindən geri aldığı bölgələrdə elektrik, təbii qaz və su xidmətlərinin təmin edilməsi üçün böyük səylər göstərməyə davam etdiklərini bildirən Zelenski, Xarkov vilayətində 20 mindən çox abonentə qaz təminatının bərpa edildiyini bildirib.
Zelenski çıxışının sonunda qeyd edib: “Bu qış insanları elektrik və istiliklə təmin etmək üçün hər şeyi edəcəyik. Ancaq unutmaq olmaz ki, Rusiya da öz növbəsində həyat standartlarını məhv etmək üçün hər şeyi edəcək”.
Busaat.az























