Zelenski yeni əks-hücumun başladığını elan edib

image-1708693750_35ab31acc11d52d16fd4e3c63b5d34e8078d82eabackend

Ukrayna ordusu Rusiya mövqelərinə qarşı yeni əks-hücum əməliyyatı hazırlayır.

Busaat.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski “Fox News”a müsahibəsində deyib.

Ukrayna prezidenti həmçinin iddia edir ki, hücum Rusiyanı “təəccübləndirəcək”.

Qeyd edək ki, Ukraynanın 2023-cü il iyunun 4-də başlayan əvvəlki “əks-hücum”u həmin ilin noyabrında Ukrayna Silahlı Qüvvələri üçün böyük uğursuzluqla başa çatıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri təxminən 166 min əsgər, 800 tank, o cümlədən Almaniyanın göndərdiyi Leopardların yarısı, 123 təyyarə və 2,4 min zirehli texnika itirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki