Bu gün ölkəmizdə “Bilik Günü” kimi qeyd edilir.
Hər ili olduğu kimi, bu il də Nizami rayonunda yerləşən ən köklü təhsil ocaqlarından biri olan “Zəngi” liseyi yeni tədris ilinə uğurla start verir.
Liseyin direktoru Nigar Məmmədova Busaat.az-a bildirib ki, ötən tədris ilində liseyin şagirdləri ali məktəblərə qəbul imtahanlarında çox uğurlu nəticə göstərib:
“Bizim liseyimizin məzunlarının 100%-i ötən il keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində yerli və xarici dövlətlərdə təhsil almaq haqqı əldə edib. Onlardan 4-ü 650-dən, 7 nəfəri isə 600-dən çox bal toplayıb. Qeyd edim ki, məktəbimiz buraxılış imtahanı nəticələrinə görə Bakı şəhəri üzrə 2-ci yer, fəaliyyət göstərdiyimiz Nizami rayonu ərazisində isə 1-ci yerdə qərarlaşıb”.
Müsahibimiz şagirdlərin olimpiadalarda iştirak nəticələrindən də söz açıb:
“2023/24-cü tədris ilində məktəbimizin şagirdləri respublika və beynəlxalq fənn olimpiadalarında yüksək dərəcələr qazanıb. Qürurla bildirirəm ki, 2 şagirdimiz Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl və gümüş medallarını əldə edərək dünya arenasında ölkəmizin adını uca tutub”.
Bu ilin məktubu qəbul statistikasından söz açan direktor deyib ki, liseydə təhsil almaq istəyənlərin sayı çoxdur:
“Bu il məktəbimzin birinci sinfində azərbaycan və rus bölməsi üzrə ümumilikdə 180 nəfər təhsil almaq haqqı qazanıb. İnanırıq ki, uşaqlarımızın ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsində rol oynayacağıq”.
Abuzər Muradlı