Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 153 $▼1.57%
  • Ethereum1 897 $▼1.57%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Zimbabvedə vəba epidemiyası səbəbilə ölənlərin sayı 100-ü ötdü

image-xestelik
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Zimbabvedə vəba epidemiyası səbəbilə ölənlərin sayı 100-ü ötüb.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevral ayından bəri epidemiya başlayandan 5 mindən çox şübhəli hal aşkar edilib, 100-dən çox şübhəli ölüm qeydə alınıb.

Xəstəliklərin artması bu həftə də davam edib. Testlər nəticəsində 30 ölüm və 905 hadisənin vəba səbəbilə olduğu təsdiqlənib.

Gigiyena şərtlərinə əməl edilmədikdə sürətlə yayılan vəba 2008-2009-cu illərdə ölkədə 4 mindən çox insanın ölümünə səbəb olub.

“Vibrio” bakteriyasının törətdiyi, qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa, ölümlə nəticələnə bilər.

Təmiz suya olan ehtiyacın ödənilməməsi, təcili və effektiv tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124311