“1 il futbolsuz qalmağa hazıram, ancaq Azərbaycana qayıtmayacam”- Ekşteyin

“1 il futbolsuz qalmağa hazıram, ancaq Azərbaycana qayıtmayacam”- Ekşteyinbackend

“Səbail” klubu düşərgədən ayrılaraq ölkəsinə yollanan Henrik Ekşteyinə xəbərdarlıq edib.

Paytaxt təmsilçisi Cənubi Afrika Respublikasından olan legionerdən yaxın günlərdə Azərbaycana qayıtmasını istəyib.

Çünki onun gələn ilin yayınadək müqaviləsi var və klub maliyyə öhdəliklərini yerinə yetirməyə hazırdır. Ancaq Ekşteyin tələblə razılaşmayıb.

Afrikalı futbolçu “Lazım gəlsə, 1 il futbolsuz qalmağa razıyam, amma Azərbaycana qayıtmayacam. Siz məni məcburi surətdə klubda saxlaya bilməzsiniz”deyib.(sportinfo.az)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90