1 milyondan çox Qəzza sakini evlərini tərk etdi – BMT

image-45backend

 İsrailin anklavı kütləvi atəşə tutması səbəbindən Qəzza zolağında bir milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Busaat.az xəbər verir ki, bunu BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bəyanatında deyilir.

Səbəb isə İsrailin anklavı kütləvi şəkildə atəşə tutması ilə bağlıdır.

“Bir milyondan çox insan – Qəzza əhalisinin demək olar ki, yarısı – məcburi köçkün vəziyyətinə düşüb. Təxminən 600,000 məcburi köçkün Orta Bölgədə, Xan Yunis və Rəfahdadır, onlardan 400,000-ə yaxını UNRWA obyektlərindədir. Sığınacaqlarımız da yer, qida, su və ya psixoloji dəstək daxil olmaqla istənilən mənada kömək etmək qabiliyyətindədir”,- deyə agentlikdən bildirilib.

Bundan əlavə, UNRWA Qəzzada 14 əməkdaşının öldüyünü təsdiqləyərək, bu rəqəmin yekun olmadığını və arta biləcəyini qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90