Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 196 $▼0.04%
  • Ethereum1 928 $▲0.05%
  • S&P 5007 562▼0.40%
8°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

10 mindən çox insan bu virusa yoluxdu

image-1706933571_1706908001548336413_1200x630
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şri-Lankada yanvar ayında denge virusuna 10 min 417 yoluxma, virusun səbəb olduğu qızdırmadan isə 4 ölüm qeydə alınıb.

Busaat.az xəbər verir ki, bu barədə Şri-Lankanın denge virusunun yayılmasına nəzarət qurumu açıqlama yayıb.

Ən çox yoluxma ölkənin qərb regionunda qeydə alınıb. Səlahiyyətli qurumlar əhalini xəbərdar edərək, virusdan fərdi və kütləvi mühafizə tədbirlərinə diqqət yetirməyə çağırıb. Ölümcül virusun yayılmasının qarşısını almaq üçün ağcaqanadların toplaşa biləcəyi məkanların təmizlənməsi üçün xüsusi qruplar yaradılıb.

Şri-Lankada ötən il bu virusa 88 mindən çox yoluxma, 57 ölüm qeydə alınıb. Ekspertlər hesab edirlər ki, yanvar ayındakı dinamika davam edərsə, il ərzində yoluxma və ölüm sayı ötən illərdən çox olacaq.

Qeyd edək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge xəstəliyi virus infeksiyasıdır. Əlamətləri yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları olan xəstəliyin əsas daşıyıcıları “Aedes aegypti” ağcaqanadlarıdır. Ümumdünya Səhiyyə Təşkilatı sürətlə yayılan denge xəstəliyini insan səhhəti üçün ən böyük təhdidlər siyahısına salıb. İndiyə qədər bu virus əleyhinə xüsusi dərman mövcud deyil. Virusun XVIII əsrdən yayılmağa başladığı güman olunur.Modern.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=133833