
100 illik qadağadan sonra Sena çayında yenidən üzməyə icazə verilib
Fransa bir əsrdir mövcud olan qadağanı aradan qaldıraraq yenidən Sena çayında çimməyə icazə verəcək.
Busaat.az xəbər verir ki, bu, Olimpiya Oyunları ərəfəsində həyata keçirilən genişmiqyaslı çayların təmizlənməsi proqramı sayəsində mümkün olub.
Parisin mərkəzində, Sena sahilində üç Olimpiya və Paralimpiya yarışlarının keçirilməsi planlaşdırılır.
2025-ci ilə qədər çayda üç açıq hovuz açılacaq.
Bərpa olunan çay Olimpiya Oyunlarının açılış mərasimində də iştirak edəcək. Çaydan 10 min idmançını Eyfel qülləsinə aparacaq 160 qayıqdan ibarət kortej keçəcək.
Qeyd edək ki, bir çox başqa şəhərlərdə olduğu kimi, Parisdə də çayın keyfiyyəti ötən əsrdə əhalinin artımı və böyük miqdarda sənaye çirkab suları səbəbindən kəskin şəkildə pisləşib.
Busaat.az























