Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 450 $▲0.53%
  • Ethereum1 794 $▲1.44%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

38 il sonra günahsız olduğu bilinən adam azadlığa buraxıldı

image-999079a0-2909-4fa8-b72d-4f17c655e267
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ məhkəməsi 1983-cü ildə törədilən qətllə bağlı 38 ildən artıq həbsdə olan Moris Hastinqsin günahkar olmadığına qərar verib.

Busaat.az xəbər verir ki, Los-Anceles məhkəməsinin hakimi William C. Ryan qətllə bağlı yeni DNT tapıntılarına əsasən Hastinqsi günahsız sayıb.

Qərardan sonra çox xoşbəxt olduğunu bildirən Hastinqs qeyd edib: “Bu gün hər şey mükəmməldir. Həyatıma davam etməyə hazıram”.

Mövzu ilə bağlı açıqlama verən rayon prokuroru Corc Qaskon Hastinqsin kabusdan oyandığını bildirib.

Prokuror Qaskon əlavə edib ki, Hastinqs ümidini itirmədən təxminən 40 il ərzində günahsızlığını sübut etmək üçün mübarizə aparıb.

Hökmdən sonra Hastinqsin dəymiş ziyana görə məhkəməyə müraciət edəcəyi gözlənilir.

Xatırladaq ki, Roberta Vidermyer adlı qadını zorlayıb öldürdüyü üçün ölüm cəzasına məhkum edilən Hastinqs 1988-ci ildə yeni qərar ilə ömürlük həbsə məhkum edilib.

Hastinqsin əvvəlki DNT testi tələbləri rədd edilsə də, 2021-ci ildəki müraciəti qəbul edilib.

Qurbanın üzərində tapılan DNT-nin həbsxanada ölən başqa bir məhbus Kennet Paknetə aid olduğu müəyyən edilib. Los-Anceles məhkəməsi vəkillərin tələbi ilə Hastinqsi azadlığa buraxıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102504