Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 450 $▲0.53%
  • Ethereum1 794 $▲1.44%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Almaniya İsveçrədən Leopard 2 tankları almaq istəyir

image-leopard-2-afp-1984600_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Almaniya  İsveçrəyə satdığı Leopard 2 döyüş tanklarını almaq istədiyini açıqlayıb.

Busaat.az bu barədə Almaniya  mətbuatına istinadən xəbər verir.

İsveçrə Müdafiə Nazirliyinin sözçüsü Renato Kalbermatten bildirib ki, Almaniyanın Leopard 2 tanklarını almaq istəməsi ilə bağlı tələbi var.

İsveçrə donanmasında  mövcud olan 230 Leopard 2 tankından,  134-nün “növbətçi”, 96-nın isə müvəqqəti istifadəsiz olduğu bildirilib.

Berlinin neçə tank almaq istədiyi barədə məlumat verməyən Kalbermatten, İsveçrə qanunlarının istismardan çıxarılan vasitələrin satışına icazə verdiyini bildirib.

Almaniya Müdafiə Nazirliyinin sözçüsü Arne Collatz,  məktubla  belə bir tələbin göndərildiyini təsdiqləyərək, İsveçrənin donanmasında olan və istismardan çıxarılan tankları satmağı düşünərsə, məmnun olacağlarını ifadə edib.

Sayla bağlı məsələlərin müzakirə edilmədiyini bildirən Collatz, sözügedən Leopard 2 tanklarının Ukraynaya göndərilməyəcəyini vurğulayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102652