
Sudanda döyüşlərdə 459 nəfər ölüb, 4000-dən çox yaralanıb - ÜST
Sudan silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasında baş verən toqquşmalarda 459 nəfər ölüb, 4072 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, bu sözləri ÜST-nin Sudandakı nümayəndəsi Nima Səid Abid bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi münaqişə başlayandan bəri tibb müəssisələrinə 14 hücumu təsdiqləyib, nəticədə 8 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
“Tibb müəssisələrinə və tibb işçilərinə hücumlar pislənir və dayandırılmalıdır”, – Abid deyib.
Qeyd edək ki, aprelin 15-dən Sudanda Məhəmməd Həmdan Daqlonun başçılığı altında olan Çevik Reaksiya Qüvvələri (RRF) ilə ordu arasında döyüşlər gedir.
Busaat.az























