Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin62 761 $▼2.58%
  • Ethereum1 721 $▼2.97%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Papadan yeni qərar: Qadınlar da səs verəcək

image-papa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk qadınların da növbəti Sinoddan səsvermə hüququna malik olması barədə qərar verib.

Busaat.az xəbər verir ki, Vatikandan verilən açıqlamaya görə, Roma Papası Katolik Kilsəsinin mühüm məşvərət orqanlarından biri olan və dünyanın hər yerindən yepiskopların müəyyən məsələləri həll etmək üçün vaxtaşırı bir araya gəldiyi Yepiskoplar Məclisinin idarəçiliyi ilə bağlı bəzi dəyişiklikləri təsdiqləyib.

Papa Fransisk tərəfindən edilən düzəlişlə yepiskop olmayanlara da səsvermə hüququ verilib.

Bunda ən diqqətçəkən dəyişiklik, yepiskop olmayanlara, xüsusən də qadın üzvlərə indiyə qədər yalnız yepiskopların səs verə bildiyi Sinodda səsvermə hüququnun verilməsidir.

İtaliya mətbuatında bu dəyişikliklərin Vatikan üçün “tarixi dönüş nöqtəsi” və “Katolik Kilsəsində görünməmiş bir yenilik” olduğu bildirilib.

Mediada çıxan xəbərlərdə, yarısının qadın olması şərti ilə Sinodda daha 70 yepiskop təyin ediləcəyi və bu şəxslərin də səsvermə hüququna malik olacağı bildirilib.

Buna görə təxminən 370 üzvdən ibarət olacaq Sinodda; Səsvermə hüququna malik olan qadınların 6-sı kilsə daxilindən və 35-i yeni təyin olunmuş qadın olmaqla ümumilikdə 41 qadının olacağı gözlənilir. Beləliklə, oktyabrda toplanması planlaşdırılan növbəti Sinodda səs hüququ olan qadınların təmsilçiliyi 10 faiz civarında olacaq.

Sinodun təşkilatçılarından biri olan kardinal Jean Claude Hollerich mətbuata açıqlamasında deyib: “Bu, mühüm dəyişiklikdir, lakin inqilab deyil”.

Papa Papa Fransisk daha əvvəl qadınların Vatikan dövlətinin administrasiyasında yüksək vəzifələr tutmasını təmin etmək üçün addımlar atmışdı.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=107997