
Mustafa Şentop Rusiya nümayəndə heyətindən üzr istəyib
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ankarada QDİƏT-in ərazisində baş verən insidentə görə Rusiya nümayəndə heyətindən üzr istəyib.
Busaat.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Vahid Rusiya” fraksiyasına istinadən xəbər yayıb.
“Bir gün əvvəl QDİƏT ərazisində baş vermiş insidentlə bağlı Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Rusiya nümayəndə heyətindən üzr istəyib”, – xəbərdə deyilir.
Vurğulanır ki, Şentop bu hərəkəti “təkcə ruslara qarşı deyil, həm də sədr kimi özünə qarşı kifayət qədər sərt hücum və bütövlükdə təşkilata hörmətsizlik” kimi dəyərləndirib.
Busaat.az























