Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması barədə araşdırma aparılıb.
Busaat.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib
“Məlumat daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb və həmin təhsil müəssisəsində araşdırma aparılıb. Azyaşlı şagirdin erkən nikaha cəlb olunması barədə hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib”, – deyə məlumatda bildirilib.