13 sentyabr tarixli təxribat

image-6backend

Əsasən davam edən Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr yoxdur.Azərbaycan və Ermənistan arasıda XX əsrdə 1918-1920-ci illərdə və 1988-1994-cü illərdə (Birinci Qarabağ müharibəsi) aparılan müharibələr münasibətləri daha da gərginləşdirmişdir. Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ərtaf 7 rayonu işğal edildi. Qondarma Dağlıq Qarabağ Respublikası quruldu.1994-2020-ci illərdə Ermənistan atəşkəs rejimini dəfələrlə pozdu. XXI əsrin əvvəllərində baş vermiş Çaylı döyüşü, Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və s. münaqişələrdə Azərbaycan Ermənistanı məğlub etmişdir.

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanı ağır məğlubiyyətə uğradaraq işğal edilmiş əraziləri azad etmişdir. Dağlıq Qarabağ atəşkəs bəyanatına əsasən Azərbaycan-Ermənistan sərhədi delimitasiya edilməyə başlandı.2021-ci ildə sərhədlərin delimitasiyasında yaranan problemlər və Ermənitanın atəşkəsə əməl etməməsi nəticəsində Azərbaycan-Ermənistan sərhəd böhranı başlamışdır.

Təəssüflər olsun ki,Ermənistanın təxribatları hələ də davam etməkdədir. Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tələblərini kobud şəkildə pozaraq 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.

Bu təxribat zamanı biz vətəndaşlarda düzgün olmayan məlumatları sosial şəbəkələr üzərindən paylaşmamalı və bu məsələyə olduqca ciddi yanaşmalıyıq. Hər birimiz də bu təxribatın tezliklə Azərbaycanın xeyrinə bitəcəyinə əminik.Çünki bizim güclü ordumuz var.Allahdan qazilərimizə şəfa,şəhidlərimizə rəhmət diləyirik.Qarabağ Azərbaycandır!

 

Mədinə Xubaliyeva

Bakı Slavyan Universiteti

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90