Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 859 $▼0.39%
  • Ethereum1 779 $▲0.57%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Rəna Əkbərova yeni vəzifəyə təyin olundu

image-img-20240229-wa0130-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinatlar olub.

Busaat.az xəbər verir ki, bu barədə qurumun Beynəlxalq və ictimai əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli məlumat verib.

Məlumata görə, Birliyin sədri Xəyyam Əsgərovun müvafiq əmrinə əsasən, Rəna Əkbərova “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi sədrinin köməkçisi və Təşkilatın rəsmi saytının baş redaktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rəna Əkbərova bundan əvvəl 1news və president.az saytlarında çalışıb.

Xatırladaq ki, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin qarşısına qoyduğu əsas məqsəd ilk növbədə Azerbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın genişmiqyaslı, milli və dövləti maraqlarımıza xidmət edən siyasətini təbliğ etməkdən, ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə dəstək verməkdən, o cümlədən də bu qəbildən olan tədbirlərin online platformlarda işıqlandırılmasında yaxından iştirak etməkdən ibarətdir.

Dövlətə və dövlətçiliyimizə xidməti fəaliyyətlərində əsas amal hesab edən “İMZA”-çılar həmçinin beynəlxalq aləmdə də Azərbaycan həqiqətlərinin təbliğində yaxından iştirak edirlər və bundan sonra da bu istiqamətdə öz səylərini daha da gücləndirməyi qarşılarına məqsəd qoyublar. Çünki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində işğalçı Ermənistan üzərində qazandığımız tarixi və parlaq qələbə Azərbaycana, xalqımıza, dövlətimizə dünyada çox ciddi nüfuz, hörmət və etibar qazandırıb.

“İMZA”-nın gələcək fəaliyyətinin əsas prioritetlərindən biri məhz qalib ölkəmizin dövlət siyasətinin mahiyyətinin, milli-mədəni dəyərlərinin, tarixinin dünyanın dörd bir tərəfində daha da geniş istiqamətli təbliği, tanıdılması olacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=136484