
156 yaşlı şirkət MÜFLÜS OLDU
Avropada davam edən enerji böhranı daha bir şirkətin müflis olmasına səbəb olub.
Busaat.az xəbər verir ki, 156 yaşlı avtomobil hissələri tədarükçüsü olan Borgers-in iflası avtomobil istehsalçılarını panikaya salıb.
1866-cı ildə əsası qoyulan avtomobil hissələri tədarükçüsü Borgers Group Almaniyada müflis olan şirkətlərin karvanına qoşulub. Almaniyada 1900, dünya üzrə isə 6000-dən çox işçisi olan Bocholt mərkəzli şirkət avtomobil istehsalçılarını tekstil və köpük əsaslı avadanlıq hissələri ilə təmin edir, amortizatorlar, panellər və izolyasiya materialları istehsal edirdi.
Qeyd edək ki, şirkətlər qrupunun bu yaxınlarda Polşa, İsveç, İspaniya, Çexiya, Böyük Britaniya, ABŞ və Çin Xalq Respublikasında illik satışları 650 milyon avro olub. Enerji qiymətlərinin və xammal xərclərinin artması səbəbindən şirkətin böyük böhran yaşadığı bildirilib.
Busaat.az























