17 yaşında Bakı meri ilə yatdı, nazir oğluyla evləndi – İlk dəfə şalvar geyən Azərbaycanlı qadın

image-img_1359backend

8 il həbs yatdı, KQB-nin müstəntiqi onunla evləndiyi üçün sistemdən qovuldu, 17 yaşında Bakının meri ilə eşq yaşadı, həkimlərin səhvindən xərçəngə tutuldu, rus qəbiristanlığında basdırıldı… O, küçəyə çıxanda sürücülər qəza törədirdi, Biri var idi, Üzeyir Hacıbəyovun evində yaşayan, Bakıda ilk şalvar geyinən,nazir oğlu ilə evlənən gözəllik ikonası Nərgiz Xəlilova…

Onun doğum tarixi ilə bağlı dəqiq məlumat yoxdu. Nərgizin atası Ramazan Xəlilov Tiflisdə yaşayıb. O, avar knyazının oğlu olub. Jurnalistika üzrə təhsil alıb. 1930-cu ildə “Bakinskiy raboçiy” qəzetinin müxbiri kimi Leninqrada (Sankt-Peterburq) akkreditə edilib və orada da Nərgizin gələcək anası əslən Belorusiyadan olan Elvira Xəlilova ilə tanış olub ailə qurublar. Onlar 20 il bir yerdə yaşayıblar.

Nərgiz Xəlilova Leninqradda doğulub. Böyük Vətən Müharibəsi bitdikdən sonra, Nərgiz anası ilə birlikdə atasının yaşadığı Bakıya gəlir və onlar bəstəkar Üzeyir Hacıbəyovun evində məskunlaşırlar. Nərgizin ata nənəsi Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin həyat yoldaşlarının bacısı idi. Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə Hacıbəyli Nərgiz Xəlilovanın ilk musiqi müəllimləri idi.Bir dəfə o, qardaşının ortağı Slavik Aqaranovla tanış olur. O varlı tat yəhudilərindən birinin oğlu idi. Slavik Nərgizi dəlicəsinə sevir və onlar vətəndaş nikahında yaşayırlar.

Sonra cütlük Moskvaya köçmək qərarına gəlir. Orada sevgilisi Slavik valyuta tacirləri qrupuna qoşulur. Əcnəbilərlə tanış olur, onların dillərini öyrənir, rublu sərfəli qiymətlə valyutaya çevirir, həmçinin Bakıya dəbli və tapılmayan malları gətirərək hədsiz baha qiymətə satır. Əvvəlcə o tək işləyir. Sonra dəstə şəklində işləməyə başlayılar və qızıl alıb xaricə satırlar. Qohumlarından heç biri Nərgizin Moskvada nə işlə məşğul olduğunu bilmir. Nərgiz onlara deyir ki, Moskvada dissertasiya üçün material toplayır və onun üzərində işləyir. Slavik isə Beynəlxalq Münasibətlər İnstitutunda oxuyur. Günlərin birində isə onlar şübhəli şəxs kimi saxlanırlar, Bakıdakı mənzillərində olan hər şeyi müsadirə olunur. Axtarış zamanı Nərgiz Xəlilovanın mənzilindən Boris Pasternakın “Doktor Jivaqo”, Anna Axmatovanın “Rekviyem”, Aleksandr Soljenitsının “İlk dairədə”, Vladimir Nabokovun xaricdə nəşr olunmuş üç kitabını tapırlar. Nərgiz Xəlilova valyuta cinayətində ittiham olunur və səkkiz il həbs cəzasına məhkum edilir. O, ilk yarım ili Rusiyanın Lefortovo həbsxanasında, beş ili isə Bakıdakı ümumi rejimli qadın kolonunda cəza çəkir. Nərgiz dəstə üzvlərinin sadəcə adını bilir. Amma SSRİ hakimiyyəti onu onlarla əlaqədə günahlandırır.KQB-inin müstəntiqi evli və iki qızı olan İsaak Qerşveld Nərgizi həbsxanaya düşməzdən əvvəl tanıyırmış və ona gizlicə aşiq imiş. Nərgiz azadlığa çıxan gün o, Nərgizə ürəyini açıb və ona aşiq olduğunu qeyd edir. Nərgiz Qerşveldin təklifinə razılıq verib ona ərə gedir. Onunla 16 il bir yerdə yaşayır. Onlar nikaha girəndən sonra Qerşveld bir daha sistemdə işləmək hüququndan məhrum edilməklə tutduğu vəzifədən azad olunur.

1990-cı illərin sonlarında Nərgiz özünü pis hiss etməyə başlayır. Halsızlıq, tez yorulma onu əldən salır. Həkimlər səhvən ona ağciyərlər soyuqlaması diaqnozunu qoyurlar. Nərgizi güclü antibiotiklərlə müalicə etməyə başlasalar da, vəziyyəti getdikcə daha da pisləşməyə başlayır. 1998-ci ildə qardaşı Rüfət Nərgizi Moskvaya aparır. Orada onu yoxlanmaq üçün Gertsen adına Onkologiya İnstitutuna yerləşdirirlər. İnstitutuda Nərgizə leykoz diaqnozunu qoyulur.

Gözəl qadınların da bu həyata ödəməli bir borcu olur. Hansı qadınlar ki, zamanında gözəlliyinin səfasını görüb, mütləq fələk bu səfanın cəfasını ya əvvəl, ya sonra onlara yaşadır. Nərgiz də qayğıyla, dəbdəbə ilə əhatələnmiş həyatında çox ağır, həyəcanlı günlər də yaşadı. Bir qadın kimi bütün gözəlliklərə toxunsa da, bu həzzi sona qədər davam edə bilmədi. Ömrünü gözlənilmədən amansız xərçəngin caynaqlarında təslim etdi… oxu.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki