
1800-dən çox şəhər və kəndə nəzarəti bərpa etmişik – Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsində Rusiya qüvvələri tərəfindən ələ keçirilən 1800-dən çox yaşayış məntəqəsinə nəzarəti bərpa etdiklərini açıqlayıb.
Busaat.az xəbər verir ki, Kiyevdə Ukrayna parlamentindəki çıxışında Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.
Ukrayna xalqının Rusiyaya qarşı davam edən müharibədə dünyaya birlik nümayiş etdirdiyini vurğulayan Zelenski deyib: “Milli rənglərimiz (Ukrayna bayrağının rəngləri) bu gün bütün dünya üçün beynəlxalq şücaət simvoludur”.
Rusiyanın hücumlarına qarşı sədaqətlə mübarizəni davam etdirdiklərini bildirən Zelenski, “Ukrayna mütləq qalib gələcək” – deyə, əminliklə bildirib.
Rusiyanın Ukraynada müharibəyə başlamaqla təkcə Ukraynanı deyil, Qərb ölkələrini də təhdid etdiyini qeyd edən Zelenski əlavə edib: “Qərbdə daha heç kim Rusiyadan qorxmur və qorxmayacaq”.
Busaat.az























