Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.83 $▲0.21%
  • WTI neft88.67 $▲0.48%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.243 $▼2.67%
  • Qızıl3 878 $▼0.99%
  • Gümüş48.83 $▼2.83%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 984 $▼3.35%
  • Ethereum1 951 $▼3.28%
  • S&P 5007 555▼0.48%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

2 milyardlıq İDDİA: BƏƏ Bayraktar bazası qurur...

image-thumbs_b_c_f696687eb328e55412309d9fe0d3b8c2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Birləşmiş Ərəb Əmirlikləri Türkiyədən sonra ən böyük Bayraktar TB2 SİHA bazasını qurmaq üçün hərəkətə keçib. Belə ki, Ərəb mətbuatı BƏƏ-nin 120 TB2 SİHA sifariş etdiyini və dəyərinin 2 milyard dollara yaxın olduğunu yazıb. Ərəb mətbuatının iddiasına görə, Bayraktar TB2 SİHA-lrının alınması ilə bağlı Türk tərəfi ilə danışıqlar aylardır davam edir. BƏƏ-nin toplu satın alma niyyətlərinin olduğu və artıq 120 ədəd SİHA-nın sifariş verildiyi bildirilir. Məlumata görə, SİHA-nın tədarük paketinə çoxlu sayda döyüş sursatı, komanda-idarəetmə mərkəzləri və təlim paketləri daxildir.

Qeyd edək ki, silah sənayesində yeni olmasına baxmayaraq, Bayraktar TB2 SİHA-ları özünü sübut edib və davamlı olaraq dünyanın gündəmində aktuallığını qoruyan hərbi-texniki avadanlıqdır. SİHA-lar Liviyada, Suriyada və Ukraynada üzərinə düşən vəzifələri maksimum dəqiqliklə yerinə yetirib. SİHA-lar müxtəlif ölkələrin ən müasir silahları ilə həm döyüş meydanında, həm də satış bazarında rəqabətə dözümlülüyü ilə fərqlənir.

Bayraktar TB2 SİHA-ları həmçinin Azərbaycan ordusunun 2020-ci ildə başlatdığı “Vətən Mnüharibəsi” zamanı da yüksək dəqiqliyi ilə seçilib və Ermənistan tərəfinin canlı və texniki hədəflərini dəqiq zərbələrlə sıradan çıxarıb. SİHA-ların aktiv fəaliyyəti sayənsində Azərbaycan ordusu əməliyyatlar zamanı qısa zamanda böyük uğurlar əldə edib.

Bayraktar TB2 SİHA-ları Türkiyə istisna 20 ölkəyə ixrac edilib. Bu günə qədər 20 fərqli ölkəyə 96 ədəd ixrac edilən SİHA-ların Türkiyə arsenalındakı sayı 200-ə yaxındır. Sifariş təsdiqləndikdən və ixracat həyata keçirildikdən sonra Birləşmiş Ərəb Əmirlikləri Türkiyədən sonra ən çox Bayraktar TB2 SİHA-larına sahib ikinci ölkə olacaq.

Busaat/az Həşim Səhrablı

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=85353