
20-dən çox ölkə BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib
23 ölkə BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulmaq üçün rəsmi ərizə təqdim edib.
Busaat.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın Xarici İşlər və Əməkdaşlıq naziri Naledi Pandor qarşıdan gələn BRİKS sammiti ilə bağlı brifinqdə məlumat verib.
Oonun sözlərinə görə, BRİKS liderləri sammitdə təşkilatın genişləndirilməsini müzakirə edəcəklər.
Nazir BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət etmiş ölkələrin siyahısını açıqlayıb. Bunlar Əlcəzair, Argentina, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Kuba, Honduras, Misir, İndoneziya, İran, Qazaxıstan, Küveyt, Mərakeş, Nigeriya, Fələstin, Səudiyyə Ərəbistanı, Seneqal, Tayland, BƏƏ, və Efiopiyadır.
Busaat.az























