
2000-dən çox fələstinli Livanın cənubundakı qaçqın düşərgəsini tərk edib
Livanın cənubundakı Ayn əl-Hilve fələstinli qaçqın düşərgəsində vəziyyət yenidən gərginləşib.
Busaat.az xəbər verir ki, bu bardə Al Mayadeen telekanalı məlumat yayıb.
Məlumata görə, üçüncü gündür davam edən şiddətli küçə döyüşləri 2000-dən çox insanın evlərini tərk edərək düşərgədən kənar təhlükəsiz ərazilərə köçməsinə səbəb olub.
Tibbi mənbələrdən verilən açıqlamalarda qeyd edilir ki, ölənlərin sayı 11-ə çatıb, 54 nəfər isə yaralanıb.
İslami Cihad təşkilatının rəhbərliyinin üzvü İhsan Atayanın sözlərinə görə, tərəflər arasında atəşkəsin bərpası ilə bağlı danışıqlar avqustun 1-də davam etdiriləcək.
“İyulun 30-da qətlə yetirilən FƏTH hərbi komandiri Əbu Əşrəf əl-Armuşinin ölümünün səbəbləri ilə bağlı araşdırma aparmaq üçün razılıq əldə olunub”, – Ataya deyib.
“Biz döyüşçüləri atəşi dayandırmağa və sakitliyin bərpasına kömək etmək üçün Ayn əl-Hilve düşərgəsinin küçələrini tərk etməyə çağırırıq”, – o, bildirib.
FƏTH hərəkatının Livandakı rəsmi nümayəndəsi Cihad Taha bəyan edib ki, münaqişə Misirin vasitəçiliyi ilə Fələstin sıralarını birləşdirmək üçün səylər göstərildiyi bir vaxtda qızışıb.
Xatırladaq ki, Livanda fələstinlilər üçün ən böyük sığınacaq olan Ain əl-Hilvedə 85 min sakin yaşayır.
Busaat.az























