Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 124 $▼4.54%
  • Ethereum1 817 $▼5.75%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

2023-cü ilin iyulu dünya tarixində ən isti ay ola bilər

image-photo_140539
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2023-cü ilin iyul ayı qlobal tarixdə ən isti ay ola bilər.

Busaat.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Kopernik Yerin müşahidə proqramının məlumatında deyilir.

“İyulun ilk 15 günü temperatur baxımından dünyada qeydə alınan ən isti günlər olub”, – deyə Kopernikdə iqlim müşahidələri şöbəsinin rəhbəri Karlo Buontempo bildirib.

“İqlim dəyişikliyi bütün dünyada iqlim sistemlərinin həddindən artıq istiləşməsinə səbəb olur. Yazdan bəri okeanların həddindən artıq istiləşməsi müşahidə olunur, xüsusilə Atlantik okeanının şimal hissəsində bu hadisənin miqyası və sürəti bütün dünya alimlərini təəccübləndirir”, – o, əlavə edib.

Bu yay dünyanın bir çox ölkəsində rekord yüksək temperatur qeydə alınır, bir sıra rayonlarda su istehlakı məhdudlaşdırılıb, kondisionerlərin işləməsi ilə əlaqədar elektrik enerjisi sərfiyyatı artıb.

Qeyd edək ki, temperatur rekordları Avropa ölkələrində qeydə alınıb.Bura  İspaniya, İtaliya, Fransa və digər ölkələr daxildir. Yunanıstanda istilər əlaqədar bir neçə gündür ki, yanğınlar davam edir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115810