Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 205 $▲1.71%
  • Ethereum1 818 $▲2.83%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

2025-ci ildən sonra Tokioda evlərin tikintisində günəş paneli şərt olacaq

image-thumbs_b_c_0e501edd4525ba6c46acdcd10ada04b3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaponiyanın paytaxtı Tokioda “sıfır karbon” məqsədləri çərçivəsində 2025-ci ildən sonra tikiləcək böyük evlərdə günəş panellərinin quraşdırılması tələb olunacaq.

Busaat.az xəbər verir ki, bu barədə Tokio Böyükşəhər Qubernator Assambleyasında qərar qəbul olunub.

Qəbul edilən yeni qərara uyğun olaraq, paytaxtda “karbon emissiyalarının azaldılmasına töhfə vermək” hədəflənəcək.

Qərara əsasən, 2025-ci ilin aprelindən sonra 2 min kvadratmetrədək yeni yaşayış binalarında bərpa olunan enerji avadanlıqlarının, o cümlədən günəş panellərinin quraşdırılması tələb olunacaq.

Milli mətbuatda yer alan xəbərlərdə, yeni qərarın şəhər daxilində 50 böyük podratçı şirkətin yeni layihələrinə təsir göstərə biləcəyi qeyd edilib.

Paytaxt qubernatoru Koike Yuriko açıqlamasında bildirib ki, şəhər miqyasında binaların 4 faizində artıq bu kimi panellər var.

Qubernatorluq 2000-ci ildəki karbon emissiya səviyyələri ilə müqayisədə 2030-cu ilə qədər istixana qazı emissiyalarını iki dəfə azaltmağı hədəfləyir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94596