Kolumbiyada 21 yaşlı sosial media fenomeni Aida Viktoriaplanı ilə dünya mediasının gündəminə çevirilib.
Busaat.az xəbər verir ki, o həbsdə olan 38 yaşlı anası Aida Merlanonun qaçması üçün plan qurub. Bildirilir ki, qız əvvəlcə anasını polislərin müşayəti ilə diş həkiminə aparıb. Aida orada anasına kəndir verib. Məlumata görə, ana həmin ip vasitəsilə həbsxananın 3-cü mərtəbəsindən qaçıb.
Aida isə nəzarətçilərin diqqətini yayındırmaq üçün onlarla söhbət edib.
Sosial media fenomeni buna görə həbs edilsə də sonra azad edilib. Ana Merlano Venesuelada yenidən nəzarətə götürülüb. Qeyd edək ki, Aida Merlano seçkilərdə qanunsuzluğa səbəb olduğuna görə həbs edilmişdi.