25 milyon insanın həyatına son qoyan xəstəlik– Çində

25 milyon insanın həyatına son qoyan xəstəlik- Çindəbackend

Çinin Daxili Monqolustan Muxtar Vilayətində bubonik vəba yayılıb.

Busaat.az xəbər verir ki, gəmirici heyvanlardan yoluxan xəstəlik səbəbilə daha bir nəfər vəfat edib.

Xanım Nur Şəhər Sağlamlıq Komissiyasının məlumatına görə, bu, bölgədə yaşanan ikinci ölümdür. Açıqlamada xəstəlik səbəbilə dünyasını dəyişən şəxsin yüksək temperatur ilə xəstəxanaya müraciət etdiyi, vəbanın səbəb olduğu orqan çatışmazlığı nəticəsində öldüyü bildirilib.

Xəstə ölməzdən əvvəl təmasda olduğu 7 nəfər təcrid edilib. Onların test nəticələri neqativ çıxıb.

Şəhərdə 3 nömrəli fövqəladə vəziyyət elan olunub. Qərar ilin sonuna qədər qüvvədə qalacaq.

Qeyd edək ki, bu həftə bubonik vəba səbəbilə ilk xəstə dünyasını dəyişmişdi.

“Qara ölüm” kimi də tanınan bubonik vəba orta əsrlərdə Avropada 25 milyon insanın ölümünə səbəb olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90