1995-ci ildə Naxçıvanda baş verən təyyarə qəzasından 28 il ötür.
Busaat.az Modern.az-a istinadən xəbər verir ki, “AZAL”a məxsus Naxçıvan-Bakı reysi ilə hərəkət edən “TU-134” təyyarəsi qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb.
Pilot təyyarəni şumlanmış sahəyə endirməyə qərar verib. Naxçıvan şəhər Savedabat qəsəbəsində şumlanmış sahəyə düşən təyyarə yüksək gərginlikli elektrik xətlərinə toxunaraq alışıb.
Hadisə zamanı qəzada 82 nəfərdən 4 heyət üzvü olmaqla 52-nəfər həlak olub.
Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər.
Həmin vaxt “Associated Press” agentliyinin çəkdiyi kadrları təqdim edirik: