384 saat sonra möcüzə… – 90 yaşlı qadın və oğlu xilas edildi

image-1676990879_22backend

6 fevralda Türkiyədə baş verən zəlzələnin 384-cü saatında 90 yaşlı qadın və onun 70 yaşlı oğlu xilas edilib.

11-ci mərtəbə yaşayan 70 yaşlı Hanifi Akgün və anası 90 yaşlı Güllü Akgün xilasedicilər tərəfindən qurtarılıb.

Xilasetmə tədbirlərindən sonra ana və oğul xəstəxanaya yerləşdirilib.

Zəlzələdən keçən 2 həftə ərzində müəllim olan oğul çətin şərait olsa da, anasının sağlamlığının qeydinə qalmağa çalışıb./Qafqazinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki