“40-a yaxın ölkə Paris Olimpiadasını boykot edə bilər”

image-paris-2024-olimpiyatlari-1674002_2backend

Rusiya və Belarusa icazə verilərsə, 40-a yaxın ölkə Paris Olimpiya Oyunlarını boykot edə bilər.

Busaat.az xəbər verir ki, bu barədə Polşanın idman və turizm naziri Kamil Bortniczuk bildirib.

Bortniczukun bəyanatı Polşa, Litva, Estoniya və Latviyanın Beynəlxalq Olimpiya Komitəsinin ruslar və belarusların 2024-cü il olimpiadasında  yarışmasına icazə vermə planına qarşı çıxmasından sonraya təsadüf edir.

Ukrayna da belə bir halda Paris Olimpiadasını boykot edəcəyini açıqlayıb.

Lakin BOK ötən gün bildirib ki, istənilən boykot qərarı yalnız “idmançıları cəzalandıracaq”.

Bortniczuk Böyük Britaniya, ABŞ və Kanada da daxil olmaqla 40 ölkədən ibarət koalisiya yaratmağın mümkün olacağına inandığını bildirib.

Qeyd edək ki, BOK keçən həftə  Rusiya və Belarus idmançılarının Parisdə neytral bayraq altında yarışmasına icazə vermək üçün “bir yol araşdıracağını” bildirmişdi.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90