Danışıqlar nəticəsində Kiyevin nəzarətində olan ərazidən 40 rusiyalı hərbçi geri qaytarılıb.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Aprelin 26-da danışıqlar prosesi nəticəsində əsirlikdə olan 40 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb”, – məlumatda deyilir.
Azadlığa çıxanların hamısına lazımi tibbi və psixoloji yardım göstərilib.
Busaat.az