Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 417 $▲0.48%
  • Ethereum1 795 $▲1.50%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

6 yaşında ərə verilən qızın atası və həyat yoldaşı həbs olundu - Foto

image-hiranur
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Türkiyədə Hiranur Vəqfinin lideri Yusuf Ziya Gümüşelin 18 il əvvəl 6 yaşlı qızını ərə verməsi məsələsi byük qalmaqala səbəb olmuşdu. Təcavüzə göz yuman ata Yusuf Ziya Gümüşel və təcavüzkar Kadir İstili hadisənin ortaya çıxmasından 12 gün sonra həbs olunub. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən məlumat verir ki, Yusuf Ziya Gümüşel ilə birlikdə H.K.G-ni illərdir cinsi təcavüzə məruz qoyan Kadir İstekli də saxlanıldıqdan sonra həbs edilib. Belə ki, ötən günlərdə iddianamə qəbul edilmişdi və Kadir İstekli üçün 30 ildən, ata Yusuf Ziya Gümüşel və ana Fatimə Gümüşel üçün isə 18 ildən az olmamaq şərti ilə həbs cəzası istənilmişdi.

Səs-küy yaradan və cəmiyyətdə reaksiyalara səbəb olan hadisə ilə bağlı H.K.G. və Ailə və Sosial Xidmətlər Nazirliyinin vəkilləri həbsdə olan müttəhimlər Kadir İstili və Yusuf Ziya Gümüşəl haqqında həbs tələb ediblər.

Qeyd edək ki, 6 yaşında evləndirilən və mütəmadi olaraq təcavüzə məruz qalan H.K.G-nın 17 yaşında ana olduğu deyilir. Bütün bu illər ərzində yaşadıqlarına dözən H.K.G. 18 yaşında gizli olaraq istifadə etdiyi sosial media hesabı vasitəsilə yaşadıqlarını bir qadına danışıb

Hazırda 24 yaşı olan H.K.G. 2020-ci il noyabrın 30-u polisə müraciət edib və səs yazısını, eləcə də evləndirilərkən çəkilən fotoları təqdim edib. Məsələ ilə bağlı məhkəmə prosesi cari ilin oktyabr ayında nəticəsiz olaraq başa çatıb. Belə ki, Kadir İstekli, Yusuf Ziya Gümüşel və həyat yoldaşı Fatma Gümüşelə 27 ildən az olmayaraq həbs tələb olunsa da, sözügedən şəxslər həbs edilməyib.

6 yaşında evləndirilən H.K.G.-nin həyat tarixçəsi Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə və narahatlıqlara səbəb olub. Bildirilir ki, bu qızın timsalında Türkiyədə kiçik yaşlarında ərə verilən qızların taleyi narahatlıq doğurur.

 


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94290