Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 368 $▲1.96%
  • Ethereum1 828 $▲3.37%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

6 yaşlı uşaq sinifdə müəllimini güllələdi

image-tapanca1-690x450
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Silahlı hücumların səngimədiyi ABŞ-da 6 yaşlı uşağın sinifdə müəllimini güllələməsi ölkədə şok effekti yaradıb.

Busaat.az xəbər verir ki, ABŞ-ın Virciniya ştatında ölkəni silkələyən atışma hadisəsi baş verib.

Belə ki, 6 yaşlı uşaq sinif otağında müəlliminə atəş açaraq onu ağır yaralayıb. “Richneck” İbtidai məktəbində baş verən hadisə zamanı balaca oğlan qəfildən silahını çıxararaq müəlliminə atəş açıb.

30 yaşlarında olan qadın müəllimin vəziyyətinin ağır olduğu bildirilib. Polis rəsmiləri hadisənin təsadüfi olmadığını, uşağın çantasında gəzdirdiyi silahla mübahisə etdiyi müəlliməni qəsdən güllələdiyini bildirib.

Hadisə zamanı başqa şagirdlərin xəsarət almadığı, kiçik oğlanın nəzarətə alındığı qeyd edilib. Polis kiçik oğlanın silahı haradan aldığını araşdırır.

Məktəb rəsmiləri hadisənin onları şoka saldığını və binalarda metal detektorların olmasına baxmayaraq şagirdlərin silah gəzdirməsinin qarşısının alınmasının çox çətin olduğunu bildiriblər.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96275